Azərbaycan klublarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar

Bakı. 6 mart. REPORT.AZ/ “Zirə” ilə “Kəpəz” komandalarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar.

“Report” xəbər verir ki, baş məşqçi Dennis Lourens, müvafiq olaraq, Comal Uilyams və Şadon Vinçesteri yığmaya çağırıb.

Onlar martın 20-də Quadalupe, martın 23-də isə Martinika ilə yoldaşlıq oyunları üçün heyətə cəlb olunublar.

Qeyd edək ki, hər iki hücumçu Azərbaycan klubları ilə qış fasiləsində müqavilə bağlayıblar.

Digər xəbərlər

Neftçi əsrin rekorduna imza atıb 03 noyabr, 2026 / 10:15