Avropa Liqasının 2 oyunu təxirə salındı - RƏSMİ

Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinə görə bu qərar qəbul edilib. 

Xəbər lenti