AVRO-2020: Hollandiya-Almaniya oyununda qapılara 5 qol vurulub - NƏTİCƏLƏR - VİDEO

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində daha 3 qrupda II turun oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, C qrupunda Hollandiya yığması Almaniyanı qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bundestim ilk yarını 2:0 hesabı ilə öndə tamamlasa da, fasilədən sonra "narıncılar" hesabı bərabərləşdiriblər. Lakin 90-cı dəqiqədə Almaniya millisindən Niko Şults qələbə topunu vurub. Qrupun digər oyununda Şimali İrlandiya yığması da Belarus üzərində qələbəni son dəqiqələrdə əldə edib. Bu, britaniyalıların qrupda ardıcıl ikinci qələbəsi olub.

G qrupunda İsrail Avstriyanı 4:2 hesabı ilə yenib. Qalib komandadan Eran Zahavi "het-trik", qonaqlardan isə Marko Arnautoviç "dubl" edib. Polşa yığması azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Latviyaya qalib gəlib - 2:0. Sloveniya - Macarıstan matçında isə qalib müəyyənləşməyib - 1:1.

I qrupunda isə Rusiya səfərdə Qazaxıstana 4:0 hesabı ilə qalib gəlib. Bununla da meydan sahiblərinin ilk turda Şotlandiya üzərində 3:0 hesablı qələbəsindən sonra yeni sensasiyanın gerçəkləşməsinə imkan verilməyib. Qollardan 2-ni isə Denis Çerışev vurub.

Şotlandiyanın özü isə bu dəfə səfərdə San-Marinoya qalib gəlməyi bacarıb - 2:0. Belçika isə səfərdə Kipri eyni hesabla yenərək, 6 xalla qrup lideri olub.

Qeyd edək ki, E qrupunun oyunlarında Uels Slovakiyaya 1:0, Macarıstan Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, bu komandaların hamısı eyni miqdarda - 3 xal toplayıb. Yalnız Azərbaycan millisi xalsızdır.

AVRO-2020, seçmə mərhələ, II tur, (24 mart)

C qrupu

23:45. Şimali İrlandiya - Belarus - 2:1

Qollar: Conni Evans, 30. Coş Magennis, 87 - İqor Staseviç, 33

23:45. Hollandiya - Almaniya - 2:3

Digər xəbərlər