Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXVIII tura start verilib.
“Report” xəbər verir ki, formal xarakterli matçda bürünc medalları təmin edən “Səbail” sonuncu sıranı tutacağı dəqiqləşən “Keşlə”ni qəbul edib. Oyunun ilk yarısı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Andre Klennon 7-ci, Edvinas Girdvanis 38-ci. Samir Məsimov isə 45-ci dəqiqədə fərqlənib.
Fasilədən sonra 53-cü dəqiqədə Oke Akpoveta hesabı 1:3 edib. Qarşılaşmada son nöqtəni isə Conatan Ayite qoyub – 4:1.
Bu qələbədən sonra “Keşlə” xalını 23-ə çatdırıb. “Səbail” isə mövsümü 41 xalla başa vurub.
Qeyd edək ki, bu gün “Sabah” – “Zirə”, “Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.