İspaniya "Atletiko"sunun futbolçusu Saul Nyiges yeni klubunu açıqlayacağına dair paylaşımına aydınlıq gətirib.
"Report"un məlumatına görə, bu barədə 26 yaşlı yarımmüdafiəçi özünün "Twitter" səhifəsində yazıb.
İspaniyalı oyunçu "Kosta Siti" adlı klub yaratdığını bildirib.
Qeyd edək ki, 2012-ci ildən "Atletiko"da çıxış edən İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub.