"Yuventus" İtaliya A Seriyasının XXXII turunda səfərdə "Atalanta"nı minimal hesabla məğlub edib.
"Report" xəbər verir ki, Berqamodakı "Ceviss - Atleti Adzurri d`İtaliya" stadionunda keçirilən görüş turinlilərin 1:0 hesabılı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 48-ci dəqiqədə Jeremi Boqa vurub.
Hazırda "Atalanta" 53 xalla İtaliya çempionatının turnir cədvəlində yeddincidir. "Yuventus" 60 xalla dördüncü pillədə qərarlaşıb.