ANOC-un prezidenti bəlli olub

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) yeni prezidenti bəlli olub.

"Report"un məlumatına görə, Robin Mitçell ANOC-un XXVI Baş Assambleyasında qurumun rəhbəri seçilib.

177 nəfər 76 yaşlı funksionerin lehinə, 5 nəfər isə əleyhinə səs verib. İki şəxs bitərəf qalıb.

Bundan əlavə, Şeyx Joan bin Həməd Əl-Tani qarşıdakı 4 ildə I vitse-prezident vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Robin Mitçell 2018-ci ildən ANOC-da prezident səlahiyyətlərini yerinə yetirir. O, bu postda Şeyx Əhməd Əl Fahad Əl Sabahı əvəzləyib.

Digər xəbərlər

Ədalətin zəfəri - FOTOREPORTAJ 22 yanvar, 2026 / 00:46