Almaniya millisinin vingeri klubunu dəyişib

Almaniya millisinin futbolçusu Mario Götze karyerasını vətənində davam etdirəcək.

"Report" xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi "Ayntraxt"a keçib. Təcrübəli vinger Frankfurt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Onun yeni komandasında illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, Mario Götze son iki mövsümü Niderland PSV-sində keçirib.

Digər xəbərlər