Almaniya mediası: Mahir Emreli "Rakuv"a transfer olunur

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan Polşa təmsilçisi "Rakuv"a keçir.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "n-tv.de" nəşri məlumat yayıb.

29 yaşlı hücumçu Çenstoxova şəhərinə yollanıb.

Xatırladaq ki, Mahir Emreli 2025-ci ilin yayında "Nürnberq"dən "Kayzerslautern"ə transfer olunub.

Digər xəbərlər