Almaniyanın "Maynts" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.
"Report"un Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analiz nəticəsi müsbət çıxmış şəxslər arasında klubun əməkdaşları ilə yanaşı, futbolçular və məşqçilər də var. İnfeksiyaya yoluxanlar karantinə alınıblar.
"Maynts"ın martın 6-da Dortmund "Borussiya"sına qarşı keçirməli olduğu çempionat matçı təxirə salına bilər. Oyunla bağlı hələlik qərar verilməyib.
Qeyd edək ki, "Maynts" Bundesliqada 24 turdan sonra 34 xalla 9-cu yeri tutur.