Bakı. 17 mart. REPORT.AZ/ AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva martın 27-də start götürəcək oyunlarda UEFA nümayəndəsi olacaq.
Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq. Qarşılaşmalar aprelin 1-dək davam edəcək.