AFFA növbəti dəfə uşaq bağçasında futbol dərsi təşkil edib

AFFA uşaq bağçalarında sağlam həyat tərzinin təbliği ilə əlaqədar pilot layihəsi çərçivəsində növbəti tədbirini keçirib. 

"Report"un məlumatına görə, “Bağçada futbol” bu dəfə Nord uşaq bağçasında təşkil edilib.

Dərslərin keçirilməsi üçün AFFA bağçaya idman ləvazimatları, uşaqlara isə yeni il hədiyyələri təqdim edib.

Qeyd edək ki, layihə 59, 213 və 214 saylı uşaq bağçalarında da davam etdirilir.

Digər xəbərlər