AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Lənkərandakı orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə təşkil olunan "D" kateqoriyalı məşqçi kursuna yekun vurulub.
"Report" xəbər verir ki, 50 müəllimin iştirak etdiyi kursun son günündə təcrübi məşğələlər keçirilib.
Yekununda iştirakçılara sertifikatlar və tədris vəsaitləri təqdim olunub.