Bakı. 1 may. REPORT.AZ/ AFFA Klublar Komitəsinin bu gün "Bulvar" otelində keçiriləcək iclasının gündəliyi açıqlanıb.
"Report"un məlumatına görə, gündəliyə 6 məsələ salınıb:
1. Baş katib Elxan Məmmədovun çıxışı;
2. Əvəzedici komandaların I Divizionda iştiraklarının mümkünlüyünün müzakirəsi;
3. Uşaq liqalarında (U10 - U14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi;
4. U15 və yuxarı liqa oyunlarının birləşməsi (Məqsəd xərclərin azaldılması);
5. U10 - U14 liqalarının final mərhələsinin keçirilmə sistemlərinin dəyişdirilmə ehtimalının müzakirəsi;
6. Digər məsələlər.
Qeyd edək ki, iclas saat 10:00-da "Neftçi"nin prezidenti Kamran Quliyevin sədrliyi ilə başlanacaq.