AFFA 2 klubu I Diviziona buraxmayıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Bakılı” və “Şahdağ”ın I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. 

Müzakirələrdən sonra qərara alınıb ki, hər iki klubun verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək. 

Digər xəbərlər