DÇ-2026-nın qrup mərhələsinin III turunda Türkiyə yığmasına məğlub (2:3) olan ABŞ seçməsinin baş məşqçisi Maurisio Poçettino qrupdakı nəticələrə görə təbrik almamalarını kədərli hal adlandırıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.
"Türkiyənin 3 xalı, Avstraliya və Paraqvayın pley-offa yüksəlməyi bayram etdiyi bir vaxtda, sizin qrup liderliyinə görə bizi təbrik etməməyiniz çox kədərlidir. Hər kəsə qrupu lider bitirdiyimizi xatırlatmalıyam. Bağışlayın, amma biz qalib gəlmişik", - o vurğulayıb.
Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ seçməsi Bosniya və Herseqovina ilə qarşılaşacaq.