"Formula 1": "Red Bull" pilotu İsak Hacar İtaliya Qran-prisini buraxacaq

Avstriyanın "Red Bull" komandasının fransalı pilotu İsak Hacar "Formula 1" üzrə İtaliya Qran-prisində iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.

İsak Hacar məşqlərdən birində zədələnib. Bu səbəbdən o, əvvəlki mərhələ olan Niderland Qran-prisini də buraxıb. Hacarın yerinə yenidən Yeni Zelandiyadan olan Liam Louson çıxış edəcək.

Fransalı pilot cari mövsümdə 68 xal toplayıb və pilotların şəxsi sıralamasında 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İtaliya Qran-prisi sentyabrın 4-dən 6-dək keçiriləcək.

Digər xəbərlər