"Formula 1": "Mersedes" pilotu Antonellinin bolidində problem aşkarlanıb

"Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, onun bolidində problem aşkarlanıb. Nəticədə sarı bayraq qaldırılıb.

K.Antonelli hidravlika sistemi ilə bağlı problem olduğunu bildirib.

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

Digər xəbərlər