"Formula 1": Böyük Britaniya Qran-prisinin qalibi Lando Norris olub

"Formula 1" üzrə Böyük Britaniya Qran-prisinin qalibi Lando Norris olub.

"Report" xəbər verir ki, "Silverston" avtodromunda keçirilən yarışda "Maklaren"in britaniyalı pilotu bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri eyni komandanın avstraliyalı pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü "Kick Sauber"dən Niko Halkenberq qapayıb.

Qeyd edək ki, Böyük Britaniya Qran-prisinidə sıralama turunun qalibi "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen olmuşdu.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32