8 Noyabr - Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.
AZVİF-dən "Report"a verilən məlumata görə, startdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ROEQİUGVM-nin Gəncə bölməsinin idmançıları, tələbə və könüllülərin iştirak etdiyi veloyürüş Zəfər Tağının qarşısında start götürüb və orada da yekunlaşıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.