Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb

Azərbaycan idmançısı Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində gümüş medal qazanıb.

Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, o, 15 yaşadək idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

Digər xəbərlər

Makqreqor karyerasını başa vurur 01 noyabr, 2026 / 23:18