XİN-in əməkdaşları "Qələbə qaçışı"nda iştirak ediblər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi "Qələbə qaçışı"nda iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

"Zəfərimizin qürurunu, milli birliyimizi və həmrəyliyimizi əks etdirən bu əlamətdar tədbirdə iştirak etməkdən məmnunuq!

Yaşasın qalib Azərbaycan", - paylaşımda bildirilib.

Xatırladaq ki, Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi "Qələbə qaçışı" keçirilib. Altıncı dəfə baş tutan "Qələbə qaçışı" bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs iştirak edib.

Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi "YAŞAT" Fonduna köçürüləcək.

Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən keçirilir.

Digər xəbərlər