"Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb - Yenilənib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.

"Report"un məlumatına görə, o, finalda gürcüstanlı İrakli Demetraşviliyə uduzub.

Eyni çəkidə yarışan Camal Qamzatxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.

Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Helena Vukoviçə (Xorvatiya) uduzub. Buna baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan M. Kaisinova Roşel Nunesi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.

Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

"Report" xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yarışa 1/8 final mərhələsindən start verəcəklər.

Qadınların yarışında isə eyni mərhələdə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

Digər xəbərlər