NBA-da Lebron Ceymsin rekordu qırılıb

ABŞ-nin "Memfis" komandasının basketbolçusu Kemeron Buzer Milli Basketbol Assosasiyasında (NBA) Lebron Ceymsin rekordunu qırıb.

"Report" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, buna "Portlend"ə qalib gəldikləri müntəzəm mövsümün oyununda nail olub.

K.Buzer 124:103 hesabı ilə qələbə qazandıqları qarşılaşmada tripl-dablla (üç göstərici üzrə ikirəqəmli nəticə) yadda qalıb. İdmançı bunu NBA-da bacaran ən gənc basketbolçu adına sahib çıxıb.

Buzer sözügedən görüşü 18 xal, 11 ribaund və 12 məhsuldar ötürmə ilə tamamlayıb. O, bunu 19 yaş 109-cu günündə gerçəkləşdirib.

Lebron Ceyms 2005-ci ildə "Klivlend"də çıxış edərkən "Portlend"lə oyunda 27 xal, 11 ribaund və 10 məhsuldar ötürmə müəllifi olmuşdu. O, həmin vaxt 20 yaş 20 günlüyündə idi.

Digər xəbərlər