Azərbaycanlı atlet Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında çıxış edib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "Report"a verilən məlumata görə, 85 kq çəki dərəcəsində yarışan idmançı, birdən qaldırma hərəkətində 162 kq nəticə göstərib.
Təmsilçimiz təkanla qaldırmada 198 kq ağırlığı ram edib. Yekunda Ravin Alməmmədov iki hərəkətin cəmində göstərdiyi 360 kq nəticə ilə yarışı 12-ci yerdə başa vurub.
Qeyd edək ki, Ravin Alməmmədov dünya çempionatında bu çəkidə mübarizə aparan ən gənc atlet olub.