Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olub.
Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
O, parakarate yarışlarının K10 kateqoriyasında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.