Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

Digər xəbərlər