Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə keçirilən güləş üzrə dünya çempionatında finala vəsiqə qazanan idmançılarımıza uğurlar arzulayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Güləşçilərimiz Eldəniz Əzizli və Sənan Süleymanov hazırda Qazaxıstanda keçirilən Dünya Güləş Çempionatında parlaq qələbələr qazanaraq finalda yerlərini təmin ediblər!" - paylaşımda deyilir.

Azərbaycanın Qazaxıstandakı səfirliyi hər iki idmançıya final görüşlərində uğurlar arzulayıb.

Digər xəbərlər