Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək

2030-cu ildə atletika üzrə Avropa çempionatına Finlandiyanın paytaxı Helsinki ev sahibliyi edəcək.

Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Yarış Olimpiya Stadionunda baş tutacaq. Qərar İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Atletikasının 181-ci Şura iclasında qəbul edilib.

Helsinki bu yarışa dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə çempionat daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub.

Xatırladaq ki, 2028-ci ildə Avropa çempionatı Polşanın Sileziya bölgəsində, iyunun 3–8-də keçiriləcək.

Digər xəbərlər