Azərbaycanın MMA idmançısı Tahir Abdullayev üçün rəqibin kim olmasının fərqi yoxdur.
"Report"un məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.
Döyüşçü Mütləq Döyüş Çempionatının (UFC) Milli Gimnastika Arenasında təşkil olunan turnirində braziliyalı Ceferson Nasimentonu məğlub etməsi barədə danışıb:
"Özümü əla hiss edirəm. Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm. Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Azərbaycan xalqına təşəkkür edirəm. Rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq".