Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Soçi şəhərində keçirilən Mixail Talın xatirə turnirinin qalibi olub. "Report"un məlumatına görə, 29 yaşlı qrossmeyster 22 mümkün xaldan 16-nı toplayıb.
Gümüş medala Məmmədyarovdan yarım xal geri qalan Aleksandr Qrişuk (Rusiya) sahib olub. Bürünc medalı isə 12,5 xala malik Boris Gelfand (İsrail) qazanıb.