Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri bu günlərdə aktiv fəaliyyətlərə ortaq olmaqda davam edirlər.
MOK-un Mətbuat katibi Günay Malikqızının "Report"a verdiyi məlumata görə, onlar Qazaxıstan Milli Olimpiya Komitəsinin çağırışını qəbul ediblər.
İdmançılar kimi, komitə əməkdaşları da evdə qalaraq idmandan qalmamağın mümkün olduğunu sübut ediblər.
Onlar #evdəqalidmandanqalma çağırışına Azərbaycan Milli Paralimpiya Komitəsini, Azercell, BP Azərbaycan və "Toyota" şirkətlərini, həmçinin "GoSport Baku" brendini dəvət edibilər.