Meksikalı restler Silver Kinq Londonda şou zamanı rinqdə ölüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, Kinqin məğlub olduğu görüş başa çatdıqdan dərhal sonra o, uzun müddət yerdə qalıb.
Sonda rinqə həkimlər dəvət olunub və Kinqin keçindiyi məlum olub.
İlkin məlumata görə, onun ölümünə ürək tutması səbəb olub.