"İnter" Albaniya millisinin üzvü ilə müqavilə müddətini artırıb

İtaliyanın "İnter" komandası Albaniya millisinin üzvü Kristian Aslani ilə müqavilə müddətini artırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi daha 4 il Milan təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Kristian Aslani "İnter"ə 2022-ci ildə "Empoli"dən transfer olunub.

Digər xəbərlər