"Formula 1": Peres komandasını dəyişdi

"Formula 1" pilotu Serxio Peres "Racing Point" komandasından ayrılıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, meksikalı sürücü "Red Bull"la anlaşıb.

30 yaşlı pilot 2021-ci ildən niderlandlı Maks Ferstappenlə komanda yoldaşı olacaq. Alekander Albon isə ehtiyat sürücü kimi çıxış edəcək.

Qeyd edək ki, Serxio Peres geridə qalan mövsümdə 125 xalla ümumi sıralamada 4-cü yeri tutub.

Digər xəbərlər