Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub

Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub.

"Report"un məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib.

R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb. Rəqib növbəti raundda uduzduğu üçün Azərbaycan təmsilçisi medal qazanmaq şansını itirib.

R.Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uuluya (Qırğızıstan) məğlub olub. M.Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova uduzub.

Milli üzvləri rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşə qatılacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Digər xəbərlər