Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian rəhbərlik edib.
Görüş zamanı dünya çempionatının Bakıda təşkilinin əhəmiyyəti, yanğın-xilasetmə idmanının inkişaf perspektivləri və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.