Azərbaycan cüdoçusu Xədicə Qədəşova (57 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, 20 yaşlı idmançı 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gəlib.
Rəqibinə uduzan X.Qədəşova yarışla vidalaşıb.
Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəni davam etdirirlər.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.