Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti seçilib.

Bu barədə "Report"a MOK-dan məlumat verilib.

Toplantıda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub. Firat Hüseynov AAF-a vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib seçilib.

Qeyd edək ki, Çingiz Hüseynzadə 1996-cı ildən Azərbaycan Atletika Federasiyasına rəhbərlik edir.

Digər xəbərlər