Çingiz Hüseynzadə EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin iclası işə başlayacaq. 

"Report"un məlumatına görə, iki gün davam edəcək toplantıda Azərbaycanı EOC İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edəcək. 

Həmçinin tədbir çərçivəsində EOC-un prezidenti Janez Kotsiyançiç, baş katib Rafael Paqnozzi hesabat xarakterli çıxış edəcəklər. İclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirakı gözlənilir.

"Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı və "Minsk-2019" II Avropa Oyunları da gündəlikdəki məsələlər sırasındadır. 

Xəbər lenti

Lukas Paketa bəraət qazanıb 26 iyul, 2025 / 01:32