Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan "Report"a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.

17:35

Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib. 

Federasiyadan "Report"a verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb. 

16:16

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.

Xəbər lenti