Azərbaycanın paracüdo millisi Göygöldəki təlim-məşq toplanışını başa vurub

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən bildirilib.

Qeyd edək ki, paracüdoçular avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Digər xəbərlər