Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət Azərbaycan yığması vətənə qayıdıb.
"Report" xəbər verir ki, 66 xalla komanda hesabında 5-ci yeri tutan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.
Yığmanın böyük məşqçisi Həsrət Məmmədyarov qazanılan uğurda federasiya rəhbərliyinin rolunu qeyd edib: "Onlardan çox razıyıq. Yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Görüşlər əla keçdi. Biz istədiyimizə nail ola bildik. Əlbəttə, daha çox medal qazana bilərdik. Qızlarımızdan birinin ilk görüşdə qolu əzildi. Çalışacağıq ki, dünya çempionatında bundan da yaxşı nəticə göstərək. Bu qızların yaxşı perspektivi var. Ruzanna və Elvinanın çıxışı çox xoşuma gəldi. Bir az da yaxşı hazırlaşsaq, daha yüksək nəticələr əldə edə bilərik”.
49 kq-da Avropa çempionu olan Ruzanna Məmmədova Azərbaycanın titullu güləşçisi Mariya Stadnikin ona çox köməyi olduğunu bildirib: "Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edərik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm".
Avropa çempionatında 43 kq-da gümüş medal qazanan Elvina Kərimzadə yarışa çox ciddi hazırlaşdıqlarını vurğulayıb: "İnanıram ki, dünya çempionatına bundan da yaxşı hazırlaşıb, bayramızı yüksəklərə qaldıracağıq".
46 kq-da Avropa üçüncüsü olan Aysel Məmmədzadə vətənə əliboş qayıtmadıqları üçün sevindiyini söyləyib: "İnanıram ki, qarşıdan gələn dünya çempionatında daha yaxşı çıxış edəcəyik".
Avropa çempionu: "Mariya Stadnik mənə çox kömək oldu"
Digər xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
28 oktyabr, 2026 / 17:16
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
28 oktyabr, 2026 / 16:57
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
28 oktyabr, 2026 / 16:14
ABF rəsmisi Nağı Səfərov: Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk
28 oktyabr, 2026 / 15:37
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: Son tur xüsusilə çətin keçdi
28 oktyabr, 2026 / 15:02
Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
28 oktyabr, 2026 / 13:48
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
28 oktyabr, 2026 / 10:26
Azərbaycan voleybolçusu Leyla Əliyeva: EEVZA çempionatında beşinci yer gözlədiyimiz nəticə deyildi
28 oktyabr, 2026 / 10:21
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
28 oktyabr, 2026 / 06:14
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
28 oktyabr, 2026 / 05:28
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
28 oktyabr, 2026 / 05:16
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
28 oktyabr, 2026 / 00:04
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
27 oktyabr, 2026 / 19:32
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar
27 oktyabr, 2026 / 19:22
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
27 oktyabr, 2026 / 18:24
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
27 oktyabr, 2026 / 18:02
Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
27 oktyabr, 2026 / 17:45
Dünya çempionatı: Nihat Məmmədli gümüş medala sahib çıxıb
27 oktyabr, 2026 / 17:29
Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək
27 oktyabr, 2026 / 13:52
Shirvan Open 2026 Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
27 oktyabr, 2026 / 12:33