Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Statoil" şirkəti arasında imzalanan sazişə əsasən, "Qarabağ" strukturu üzrə 3D seysmik məlumatlar yenidən emal və interpretasiya edilib.
"Report" xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, yeni göstəricilər əsasında strukturun neft-kondensat və qaz ehtiyatları qiymətləndirilib: "Hazırda bu struktur üzrə işlənmənin mümkün variantları araşdırılır".