Azərbaycanın quruda 1 mlrd. ton neft ehtiyatı var

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisinin quru hissəsində yerləşən yataqların neft ehtiyatları təxminən 1 mlrd. ton həcmində qiymətləndirilir. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Alimlərin I Qurultayında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. 

"İndiyədək 1 mlrd. ton həcmində neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda ehtiyatımız var", - deyə SOCAR rəsmisi vurğulayıb. 

X.Yusifzadənin sözlərinə görə, buna baxmayaraq, həmin neft ehtiyatlarının çıxarılması hazırda mümkün deyil: "Çünki mövcud texnika və texnologiya buna imkan vermir. İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 22 avqust, 2026 / 13:04