TANAP əməkdaşları dünya rekorduna imza atıblar

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Tekfen İnşaat” şirkətinin əməkdaşları bir gün ərzində Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsində 145 ədəd 146x56 düyümlük boru kəmərini qaynaq edərək bir-birinə bağlayıb. 

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, bununla da şirkət əməkdaşları 56 düyümlük boruların qaynaq edilməsində dünya rekorduna imza atıblar.

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00