SOCAR yeni quyu qazmağa başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı 1 178 nömrəli quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

"Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qırməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Digər xəbərlər

Bahar yatağında hasilat azalıb 04 avqust, 2026 / 17:11