Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4 milyon 154 min 727 ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, bu, 2023-cü ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 495 min 157 min ton və ya 10,65 % azdır.
Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Qeyd edək ki, 2023-cü ilin ikinci rübündə SOCAR tərəfindən 4 milyon 649 min 884 ton neft xaricə ixrac edilib.