SOCAR üçün "Cənub" terminalında tankerə "Urals" nefti doldurulur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün 2017-ci ilin aprel ayında "Ukrtransnafta"nın reallaşdırdığı təxminən 80 min ton "Urals" neftinin göndərilməsi gözlənilir. Neft "Cənub" dəniz terminalında tankerə doldurulur.

"Report"un "Nefterınok" saytına istinadən verdiyi məlumata görə, alıcı qismində SOCAR-ın İsveçrədəki treydinq bölməsi (SOCAR Trading) çıxış edib. Enerji resursunun yekun dəyəri təxminən 740 mln. qriven təşkil edir.

Xatırladaq ki, "Urals" neft brendi 2016-2017-ci illərdə Cənubi Kremençuq məntəqəsində "Dnepryanı Neft Magistralı"dan sıxışdırılaraq çıxarılıb (xaric edilib). Bu, 2017-ci ilin yazında Kremençuq Neftemalı Zavoduna "Azeri Light" markalı neftin tədarükü başlamazdan öncə olub.

Bu gün " Ukrtransnaft" Ukrayna neftini emal edir. 2017-ci ilin mart ayından isə "Azeri Light" Azərbaycan neftinin tədarükü bərpa olunub. Məlumata görə, avqust ayında 100 min tondan çox neft boru kəməri ilə nəql edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31