“SOCAR Turkey Akaryakıt Depolama” şirkətinə LPG saxlama lisenziyası verilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) “SOCAR Turkey Akaryakıt Depolama A.Ş.”-yə mayeləşdirilmiş neft qazı (LPG) saxlamaqla bağlı lisenziya verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi qəzetdə yayımlanan məlumatında qeyd olunub.

Lisenziya ötən ay verilib və 15 il müddətində qüvvədədir.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38